Ticarət əlavəsi malın ƏDV tətbiq edilmədən satış qiyməti (mallar əvəzsiz təqdim edildiyi və ya barter olunduğu halda bazar qiyməti) ilə malgöndərənə ödənilən alış qiyməti arasındakı fərqdir.

Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Vergi Məcəlləsində əksini tapıb.

Depozitar fəaliyyəti isə bu Məcəllənin məqsədlərinə uyğun olaraq, depozitar dedikdə, fəaliyyətinin əhəmiyyətli hissəsini digər şəxslər üçün maliyyə aktivlərinin saxlanılmasını təşkil edən hüquqi şəxs nəzərdə tutulur. Müəssisənin aşağıdakı müddətlərdən daha az olan müddət ərzində digər şəxslər üçün maliyyə aktivlərinin saxlanılması və əlaqədar maliyyə xidmətlərinin göstərilməsi fəaliyyətindən əldə etdiyi mənfəət onun ümumi fəaliyyəti üzrə əldə etdiyi mənfəətin ən azı 20%-ni təşkil edirsə, maliyyə aktivlərinin saxlanılması təşkilatın fəaliyyətinin əhəmiyyətli hissəsini təşkil etmiş hesab olunur:

– maliyyə institutunun depozitar kimi təsbit edildiyi ildən əvvəlki ilin 31 dekabrında (və ya təqvim ili olmayan hesabat dövrünün son günündə) başa çatan üç illik müddət;

– müəssisənin fəaliyyət göstərdiyi müddət.