Tikinti obyektinin mühəndis-kommunikasiya təminatına dair tələblərin məcmusu kimi texniki şərtlərdə nələrin nəzərdə tutulduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, Şəhərsalma və Tikinti Məcəlləsində əksini tapıb.

Tikinti obyektinin mühəndis-kommunikasiya təminatına dair tələblərin məcmusu kimi texniki şərtlərdə aşağıdakılar nəzərdə tutulur:

– tikinti obyektinin mühəndis-kommunikasiya təminatına dair tələblər;

– tikinti obyektinin mühəndis-kommunikasiya təminatı mənbələri;

– müvafiq mühəndis-kommunikasiya təminatı sisteminə qoşulma nöqtələrinə dair tələblər;

– mövcud mühəndis-kommunikasiya təminatı sisteminin genişləndirilməsinin əsaslandırılması.