Şəxsin qanunsuz tutulması Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir.

Tutulma haqqında protokolda aşağıdakılar göstərilməlidir:

– protokolun tərtib edildiyi yer, tarix və vaxt;

– protokolu tərtib edən və tutulmanı aparan şəxsin soyadı, adı, atasının adı və vəzifəsi;

– tutulan şəxsin soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, yaşadığı və qeydiyyatda olduğu yer, şəxsiyyətini təsdiq edən sənəd barədə məlumat;

– tutulmanın aparıldığı yer, tarix və vaxt;

– tutulmanın səbəbi, şübhənin və ya ittihamın mahiyyəti;

– tutulan şəxsə onun hüquq və vəzifələrinin izah edilməsi haqqında qeyd.