“Crocus City Hall”da terror aktı həyata keçirən  cinayətkarların olduğu güman edilən avtomobil Belarus və Ukrayna ilə sərhəddən bir neçə kilometr aralıda, Teplı kəndi yaxınlığında saxlanılıb.

Heftelik.az-ın  Rusiya KİV-nə istinadən verdiyi məlumata görə,   avtomobildəki altı nəfərdən ikisi saxlanılıb, daha dörd nəfər isə qaça bilib.

“Crocus City Hall”da terror aktı həyata keçirən 6 terrorçudan dördünün .şəxsiyyəti də məlum olub. Həmin şəxslər 37 yaşlı Nəsridinov Məhmədrəsul, 51 yaşlı İsmonov Rivojidin, 21 yaşlı Safolzoda Shoxinjonn və 29 yaşlı Nəzərov Rüstəmdir.

Onların hamısı Tacikistan vətəndaşıdır. Onlardan hansının saxlanıldığı hələlik məlum deyil.

Qeyd edək ki, martın 22-də “Crocus” konsert kompleksində törədilən terror aktı nəticəsində 60-dan çox insan həlak olub, 100-dən çox yaralı var.

“Crocus City Hall”  Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən konsert zalıdır. “Crocus Group”-un təsisçisi Araz Ağalarov “Crocus City Hall” konsert zalının inşasına 70 milyon dollar sərmayə yatırıb. Zal 2009-cu il oktyabrın 25-də açılıb və Müslüm Maqomayevin xatirəsinə adlandırılıb.