Martın 22-də terror baş verən Moskvada “Crocus City Hall” konsert kompleksində xilasetmə əməliyyatı artıq başa çatıb.
Heftelik.az-ın məlumatına görə, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyev Telegram kanalında bildirib.
Axtarış əməliyyatları isə davam edir.
Qubernator qeyd edib ki, dağıntılar altından 133 meyit çıxarılıb, onlardan 50-nin şəxsiyyəti müəyyənləşib. Xəstəxanalarda isə həkimlər 107 nəfərin həyatını xilas etmək uğrunda mübarizə aparır.
Qeyd edək ki, “Crocus City Hall” Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən konsert zalıdır. “Crocus Group”-un təsisçisi Araz Ağalarov “Crocus City Hall” konsert zalının inşasına 70 milyon dollar sərmayə yatırıb. Zal 2009-cu il oktyabrın 25-də açılıb və Müslüm Maqomayevin xatirəsinə adlandırılıb.