Moskvada yerləşən “Crocus City Hall” konsert salonunda terror aktı törədən 5 silahlıdan biri saxlanılıb.
Heftelik.az-ın xəbərinə görə, bu barədə “Mash” “Telegram” kanalı məlumat yayıb.
“SHOT” “Telegram” kanalı isə polisin “Crocus City Hall”-ın 5 əməkdaşının saxladığı barədə məlumat yayıb. Baş verən olayın araşdırılması üçün onlar polis şöbəsinə aparılıb.
“Crocus City Hall” konsert salonunda isə yanğın davam edir. “RİA Novosti”-nin məlumatına görə, Binanın yuxarı mərtəbəsi demək olar ki, tam yanıb.
Yanğının 12900 kv.m sahəni əhatə etdiyi bildirilib.
Rusiya Federal Təhlükəsizlik xidməti terror aktı nəticəsində 40 nəfərin öldüyünü, 100-dən çox insanın yaralandığını açıqlayıb.
Qeyd edək ki, “Crocus City Hall” Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən konsert zalıdır. “Crocus Group”-un təsisçisi Araz Ağalarov “Crocus City Hall” konsert zalının inşasına 70 milyon dollar sərmayə yatırıb. Zal 2009-cu il oktyabrın 25-də açılıb və Müslüm Maqomayevin xatirəsinə adlandırılıb.