Ermənistanın paytaxtı İrəvanda silahlı şəxslər polis bölməsinə hücum ediblər.
Heftelik.az-ın Ermənistan KİV-nə istinadən verdiyi məlumata görə, hadisə İrəvanın Nor-Nork inzibati rayonunda qeydə alınıb.
“Döyüş Qardaşlığı” təşkilatının üzvləri olan bir qrup təmsil etdikləri təşkilatın üzvlərinin həbsdən azad edilməsini tələb ediblər.
Ermənistan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib ki, polis bölməsinə hücumu 3 nəfər həyata keçirib, onlardan ikisi partlatdıqları qumbara nəticəsində yaralanıb. Qumbara ilə silahlanmış bir nəfər hələ də polis bölməsinin ərazisindədir.
Ermənistanda təhlükəsizlik əməkdaşları silahlı şəxsi polis bölməsində zərəsizləşdiriblər.