Martın 25-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Heftelik.az-a verilən məlumata görə, dabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Səhər yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 752 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.
Milli Hidrometeorologiya Xidmətinin hava şəraiti ilə bağlı xəbərdarlığında isə bildirilib ki, martın 25-də gündüz Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir 15-18 m/s-dək güclənəcəyi gözlənilir. Səhər bəzi yerlərdə arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində qısamüddətli intensiv olacağı ehtimalı var.
Martın 25-də Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti olacaq.