Martın 22-də Moskvada “Crocus City Hall”da törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb.
Heftelik.az-ın məlumatına görə, Rusiya İstintaq Komitəsi hazırda ölən şəxslərin sayını 137 nəfər olduğunu açıqlayıb.
Bundan əvvəl Rusiya İstintaq Komitəsi “Crocus City Hall”da terror aktı nəticəsində 133 nəfərin öldüyünü açıqlamışdı.
Qeyd edək ki, “Crocus City Hall” Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən konsert zalıdır. “Crocus Group”-un təsisçisi Araz Ağalarov “Crocus City Hall” konsert zalının inşasına 70 milyon dollar sərmayə yatırıb. Zal 2009-cu il oktyabrın 25-də açılıb və Müslüm Maqomayevin xatirəsinə adlandırılıb.