BMT Təhlükəsizlik Şurası Ramazan ayında Qəzzada dərhal atəşkəs tələb edən qətnamə qəbul edib.
Heftelik.az-ın məlumatına görə, BMT TŞ üzvlərinin 14-ü qətnamə layihəsinin lehinə səs verib, ABŞ bitərəf qalıb.
Danışıqlardan sonra qətnamə layihəsində “daimi atəşkəs” ifadəsi razılaşdırılıb. ABŞ nümayəndə heyəti son anda “daimi” ifadəsini “qalıcı” ilə əvəz edərək layihə mətninə dəyişiklik edilməsini istəyib. Rusiyanın səsvermədən əvvəl bəyanatın orijinal variantına dəyişdirilməsi ilə bağlı düzəliş təklifinə ABŞ tərəfindən veto edilib.
Qeyd edək ki, oktyabrın 7-dən sonra Qəzzada atəşkəs tələb edən qətnamə ilk dəfə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilib.