Moskvanın Basmannıy Rayon məhkəməsi “Crocus City Hall” konsert salonunda terror aktı törətməkdə şübhəli bilinən dörd nəfər barəsində həbs qətimkan qərarı çıxarıb.
Heftelik.az-ın məlumatına görə, terror aktını törətməkdə şübhəli bilinən Mirzəyev Dalercon, Muhammadsobir Fayzov, Saidakrami Raçabalizode və Şamsidin Fariduni barəsində məhkəmə mayın 22-dək həbs qətimkan tədbirinin seçilməsi qərarını verib.
Təqsirləndirilənlərdən yalnız Fayzovun məhkəmə prosesi mətbuata qapalı keçirilib.
Bildirilib ki, məhkəmənin qapalı keçirilməsinə səbəb proses zamanı dövlət sirri sayıla biləcək məlumatın açıqlanması təhlükəsi olub.
Qeyd edək ki, martın 22-də Moskvada “Crocus City Hall”da törədilən terror aktı nəticəsində 137 nəfər ölüb.
“Crocus City Hall” Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən konsert zalıdır. “Crocus Group”-un təsisçisi Araz Ağalarov “Crocus City Hall” konsert zalının inşasına 70 milyon dollar sərmayə yatırıb. Zal 2009-cu il oktyabrın 25-də açılıb və Müslüm Maqomayevin xatirəsinə adlandırılıb.