Moskvada martın 22-də “Crocus City Hall”da törədilmiş terror aktında ölənlərin sayı artıb.

Heftelik.az-ın məlumatına görə, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Bastrıkin bildirib.

Onun sözlərinə görə, terror aktı nəticəsində 3-ü uşaq olmaqla 139 (137 nəfər hadisə yerində) nəfər həlak olub.

Ölənlərdən 75 nəfərin şəxsiyyəti müəyyən edilib.

Qeyd edək ki, bundan əvvəl martın 22-də Moskvada “Crocus City Hall”da törədilən terror aktı nəticəsində 137 nəfərin öldüyü açıqlanmışdı.

“Crocus City Hall”  Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən konsert zalıdır. “Crocus Group”-un təsisçisi Araz Ağalarov “Crocus City Hall” konsert zalının inşasına 70 milyon dollar sərmayə yatırıb. Zal 2009-cu il oktyabrın 25-də açılıb və Müslüm Maqomayevin xatirəsinə adlandırılıb.