Arxiv sənədlərinin və bu sənədlərdə göstərilən informasiyanın qısa vaxt ərzində axtarılıb tapılması məqsədilə arxiv sənədlərinin elmi-məlumat aparatı (EMA) sistemi təşkil olunur.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.

EMA sisteminə arxiv məlumat-sorğu kitabçaları, kompüterləşdirilmiş informasiya-axtarış sistemləri daxildir.