Bu ilin ilk üç ayında iki mindən çox yeraltı təkan baş verib.
Heftelik.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib.
Qurban Yetirmişli qeyd edib ki, bu təkanlardan maqnitudası 3 və bundan yuxarı olanları barədə ictimaiyyətə məlumat verilib: “Ölkə ərazisində yeraltı təkanların sayı günü-gündən artır. Lakin hazırda dağıdıcı gücə malik aktivlik müşahidə olunmur. Ölkədə hazırda seymsik aktivlik fon səviyyəsindədir. Bunlar xırda təkanlardır. Elə güclü təkanlar yoxdur ki, dağıdıcı zəlzələ ehtimalı da olsun “.