Özəl təşəbbüs qaydasında verilmiş təklif müvafiq sahələr üzrə dövlət orqanlarının (qurumlarının), müəssisə, idarə və təşkilatlarının fəaliyyət sahələri ilə əlaqəli olduqda, səlahiyyətli orqan özəl təşəbbüs qaydasında verilmiş təklifə dair həmin dövlət orqanlarının (qurumlarının), müəssisə, idarə və təşkilatların rəyini almalıdır.
Heftelik.az-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Dövlət-özəl tərəfdaşlığı Qaydaları”nda əksini tapıb.