Məhkəmə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirini girovla əvəz etdikdə, girovun müəyyən edilmiş məbləği dövlət bankında məhkəmənin depozitinə köçürülməyənədək təqsirləndirilən şəxs həbsdə saxlanılır.
Vəkil Araz Nurməmmədov bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Cinayət prosesini həyata keçirən orqan girovun qoyulduğunu təsdiq edən sübut əldə etdikdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarından sonra təqsirləndirilən şəxsin dərhal həbsdən azad edilməsi barədə həbs yerinin rəisinə məlumat verir.