Siyahı yenidən işlənərkən bir-birinə yaxın xronoloji dövrü əhatə edən və həcmcə böyük olmayan və ya məzmunca eyni olan siyahılar yeni bir siyahıda birləşdirilə bilər.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.

Siyahılar yenidən işlənərkən, işlərin yeni və köhnə arxiv şifrlərinin çevirmə cədvəli tərtib edilir və yeni siyahıya tikilir. Həcmcə böyük olan çevirmə cədvəli ayrıca cilddə tikilir və yenidən işlənən axırıncı siyahının sonunda müstəqil iş kimi qeydiyyata alınır.