Elçin Babayev yenidən Bakı Dövlət Universitetinin rektoru təyin edilib.

Heftelik.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, “Təhsil haqqında” qanuna əsasən, artıq  Azərbaycanda dövlət ali təhsil müəssisəsində rektor 5 il müddətinə təyin edilir. Elçin Babayevin 2019-cu il martın 11-də Bakı Dövlət Universitetinə rektor təyin edilmiş və səlahiyyət müddəti artıq başa çatmışdı.