Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi, polis polkovniki Kamran Əliyev təqaüdə göndərilib.
Heftelik.az-ın məlumatına görə, bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, xidmətdə olmanın son yaş həddinə görə Kamran Əliyev tutduğu vəzifədən azad edilib və təqaüdə göndərilib.