Niyyət bildirişində müraciət edən şəxsin mühüm hesab etdiyi digər məlumatlar da qeyd edilə bilər.

Heftelik.az-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Dövlət-özəl tərəfdaşlığı Qaydaları”nda əksini tapıb.

Niyyət bildirişi həmin bildirişi verən şəxslər üçün dövlət-özəl tərəfdaşlığı layihəsində, layihə üzrə keçirilən müsabiqədə və ya birbaşa danışıqlarda iştirak etmək öhdəliyi yaratmır. Səlahiyyətli orqan dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısında olan layihələrin icra növbəliliyini həmin layihələrin əhəmiyyəti, təcililiyi, layihələrə niyyət bildirişləri əsasında olan maraq əsasında müəyyən edir.