Ötən il noyabrın 22-də Qazax rayonu, Qazaxbəyli kəndi, Yeni qəsəbə ərazisində 1995-ci il təvəllüdlü Kənan Qəfərovun öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.
Qazax rayon prokurorluğundan Heftelik.az-a verilən məlumata görə, noyabrın 22-i saat 20 radələrində 1995-ci il təvəllüdlü Kənan Qəfərovun kəsici-deşici xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla 1992-ci il təvəllüdlü Rəşad Məhərrəmovun rayonun Qazaxbəyli kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı Kənan Qəfərova bıçaqla bir neçə dəfə xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
İbtidai istintaqla 1992-ci il təvəllüdlü Rəşad Məhərrəmovun qeyd edilən qəsəbə ərazisində tanışı Kənan Qəfərovla aralarında yaranmış mübahisə zamanı sonuncunu bacısının gözləri qarşısında bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Rəşad Məhərrəmova Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə yekun ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.