Dövlət qeydiyyatına alınan qeyri-kommersiya qurumuna vahid və təkrarolunmaz qeydiyyat nömrəsi verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.
Qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi dövlət reyestrində, qeydiyyat orqanı tərəfindən verilmiş dövlət qeydiyyatı haqqında şəhadətnamədə, dövlət reyestrindən çıxarışda, həmçinin onun nizamnaməsində (və ya əsasnaməsində) göstərilir.