Arxiv məlumat-sorğu kitabçaları arxiv sənədlərinin siyahıya alınmasına əsasən yaradılır və onlardan ayrıca saxlanılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.

Məxfilik dərəcəsindən asılı olmayaraq bütün arxiv məlumat-sorğu mənbələri xüsusi fondlar bölməsinin uçot sənədlərinin qeydiyyatı jurnalında qeydiyyata alınır.

Arxiv məlumat-sorğu kitabçalarına işlərin, fondların siyahıları, kataloqlar, göstəricilər daxildir.