Dövlət sirrini özündə əks etdirən məlumatlarla bağlı cinayət işlərinin icraatı bu cür məlumatların yayılmaması barədə öhdəlik götürmüş müstəntiqlərə, prokurorlara və ya hakimlərə həvalə edilir.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Öz vəzifələrinin icrası zamanı hakimlər, habelə dövlət sirri təşkil edən məlumatlarla bağlı cinayət işləri üzrə cinayət mühakimə icraatında müdafiəçi qismində çıxış edən vəkillər dövlət sirri ilə işləməyə “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş yoxlama tədbirləri keçirilmədən buraxılırlar.