Zaminlikdən imtinanın səbəblərini şübhəli və ya təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş yeni və ya daha ağır əməldə ittiham edilməsi; zaminliyin qəbulu anında zaminin bilmədiyi və bilməsi mümkün olmadığı əhəmiyyətli halların aşkar olunması; özünün başqa yerə getməsi, yaxud ağır xəstələnməsi, habelə zamin durmuş təşkilatın fəaliyyətinə xitam verilməsi, şübhəli va ya təqsirləndirilən şəxsin başqa yerə getməsi və ya başqa təşkilata keçməsi üzündən, zaminin şübhəli və ya təqsirləndirilən şəxsin sonrakı davranışına görə cavab vermək imkanı olmayan hallarda, cərimənin təmin olunması üçün qoyulmuş pul məbləği cinayət prosesini həyata keçirən orqan tərəfindən zaminə qaytarılır.
Vəkil Araz Nurməmmədov bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.