Penitensiar sistemin hər bir struktur qurumunda və müəssisəsində ayrı-ayrı xidmət sahələrinin kargüzarlıq işlərini əks etdirən vahid nomenklatura tərtib olunur.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.

İşlərin nomenklaturası penitensiar xidmətin Katibliyinin Arxiv işləri bölməsi ilə razılaşdırıldıqdan sonra müvafiq qurumun (müəssisənin) rəisi tərəfindən təsdiq olunur.