Daimi və uzunmüddətli mühafizə edilən sənədlər qalın üzlüklə cildlənir. Müvəqqəti mühafizə edilən işlərin üz qabığı yarı sərt və ya yumşaq üzlükdən ola bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.
Daimi mühafizə edilən işlərin üz qabığında yazılar qara mürəkkəblə və ya qara tuşla yazılır. Müvəqqəti mühafizə edilən işlərin üz qabığındakı yazıları mavi mürəkkəb, pasta ilə yazmaq və ya işin üzünə çap olunmuş kağız yapışdırmaq olar.