Qeyri-kommersiya qurumunun dövlət qeydiyyatına alınması üçün təqdim edilmiş ərizə və digər sənədlər dövlət qeydiyyat orqanında saxlanılır, çatışmazlıq aşkar edilmiş sənədin (sənədlərin) surəti aradan qaldırılması üçün ərizəçiyə qaytarılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.

Dövlət qeydiyyatı üçün təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aradan qaldırıldıqda qeyri-kommersiya qurumu qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınır.