Cinayət işini icraata qəbul etmiş təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror əvvəlcə digər şəxslər (hakimlər istisna olmaqla) tərəfindən tətbiq edilmiş qətimkan tədbirinin qanuniliyini və dəyişdirilmədən saxlanılmasının zəruriliyini yoxlamalı və müvafiq qərar çıxarmalıdır (təhqiqatçı və müstəntiqin prokurorun qərarını yoxlamaq səlahiyyəti yoxdur).
Vəkil Araz Nurməmmədov bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.