Girov qoyan bu girovun dövlətin nəfinə keçirilməsi barədə məhkəmə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət edə bilər.
Vəkil Araz Nurməmmədov bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Məhkəmənin hökmü qanuni qüvvəyə mindikdən sonra, Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş pozuntuların sübut olunmadığı və ya girov qətimkan tədbirinin ləğv edildiyi, yaxud dəyişdirildiyi bütün hallarda girov onu qoymuş şəxsə qaytarılmalıdır.