Bölünmə, birləşmə, qoşulma və ayrılma nəticəsində yeni yaranmış qeyri-kommersiya qurumu müxtəlif inzibati ərazi vahidlərində dövlət qeydiyyatına alındıqda, onları dövlət qeydiyyatına alan orqan (orqanlar) tərəfindən bu barədə yenidən təşkil edilmiş hüquqi şəxsin arxiv sənədləri mühafizə edildiyi qeydiyyat orqanına 3 gün ərzində məlumat verilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.

Müxtəlif qeydiyyat orqanlarının səlahiyyət dairəsində olan inzibati-ərazi vahidlərində yerləşən hüquqi şəxslərin birləşməsi, qoşulması zamanı birləşən, qoşulan hüquqi şəxslərin arxiv sənədləri sorğu yolu ilə alınır.