Məcburi gətirilmənin cinayət prosesində iştirak edən və cinayət prosesini həyata keçirən orqana çağırılan şəxsə yalnız hansı hallarda tətbiq edilə biləcəyi açıqlanıb.
Vəkil Araz Nurməmmədov bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Məcburi gətirilmə cinayət prosesində iştirak edən və cinayət prosesini həyata keçirən orqana çağırılan şəxsə yalnız aşağıdakı hallarda tətbiq edilə bilər:
– cinayət prosesini həyata keçirən orqanın məcburi çağırışlarına üzürlü səbəb olmadan gəlmədikdə;
– cinayət prosesini həyata keçirən orqanın çağırışlarını almaqdan boyun qaçırdıqda;
– cinayət prosesini həyata keçirən orqandan gizləndikdə;
– daimi yaşayış yeri olmadıqda.