Səlahiyyətli orqan hər il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısının təsdiq edilməsi, o cümlədən siyahıya yeni layihələrin daxil edilməsi, siyahıda olan layihələrin siyahıdan çıxarıl- ması, siyahıda olan layihələrdə dəyişiklik edilməsi üçün Nazirlər Kabinetinə müraciət edir.
Heftelik.az-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Dövlət-özəl tərəfdaşlığı Qaydaları”nda əksini tapıb.
Növbəti təqvim ili üçün nəzərdə tutulmuş dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı cari təqvim ilinin 30 iyun tarixinə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməlidir.