Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyat (reyestr) nömrəsində qeydiyyat orqanının kodu, dövlət qeydiyyatının ili, dövlət reyestr kitabının kodu və qurumun reyestr kitabında sıra sayı göstərilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.
Qeydiyyat (reyestr) nömrəsindəki birinci dörd hərf və ya rəqəmlər inzibati ərazi vahidinin (rayon, şəhər) kodunu , ikinci iki rəqəm isə qeydiyyat ilini göstərir. Bu rəqəmlərdən sonra kitabın kodu göstərilir və tire işarəsi qoyulmaqla qurumların qeydiyyatının sıra sayını göstərən rəqəmlər yazılır. Dövlət reyestr kitablarının kodu hərf işarəsi ilə başlayır və ondan sonra sıra sayla rəqəm əlavə edilir (misal üçün qurumun dövlət qeydiyyat nömrəsi 000508-Q2-0795 olduqda burada 0005 qeydiyyat orqanının kodu, 08 ili, Q2 reyestr kitabının kodu, 0795 qurumun reyestr kitabındakı sıra sayını göstərir).