Cinayət mühakimə icraatı zamanı tərcüməçi, mütəxəssis və ya ekspert tərəfindən görülən işin haqqının hansı qaydada ödənildiyi açıqlanıb.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Cinayət mühakimə icraatı zamanı tərcüməçi, mütəxəssis və ya ekspert tərəfindən görülən işin haqqı aşağıdakı qaydada ödənilir:
– xidməti tapşırıq qaydasında yerinə yetirildikdə — iş yeri üzrə əmək haqqı həddində;
– cinayət prosesini həyata keçirən orqanın tələbi ilə yerinə yetirildikdə — Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına miqdarı Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi həddə cinayət prosesini həyata keçirən orqanla şərtləşdirildiyi kimi;
– müdafiə tərəfi ilə razılığa əsasən görüldükdə — həmin tərəflə şərtləşdirilmiş miqdarda.
Haqq tərcüməçi, mütəxəssis və ya ekspert tərəfindən hesabat təqdim edildikdən sonra cinayət prosesini həyata keçirən orqanın qərarı ilə ödənilir.