Zaminin tutula biləcək cərimənin tətbiqinin təmin olunması üçün qoyduğu pul məbləğini hansı hallarda geri almaq hüququna malik olduğu açıqlanıb.
Vəkil Araz Nurməmmədov bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Zamin tutula biləcək cərimənin tətbiqinin təmin olunması üçün qoyduğu pul məbləğini aşağıdakı hallarda da geri almaq hüququna malikdir:
– Cinayət prosesini həyata keçirən orqan qətimkan tədbirini şübhəli və ya təqsirləndirilən şəxsin müvafiq davranış qaydalarını pozması ilə əlaqədar olmayan səbəbdən dəyişdirdikdə;
– cinayət prosesini həyata keçirən orqan şəxsi zaminlik və ya təşkilatın zaminliyi qismində qətimkan tədbirini ləğv etdikdə;
– zamin fəaliyyət qabiliyyətini itirdikdə.