Sumqayıtda yeniyetmə “peredozdan” ölüb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə İnşaatçılar qəsəbəsində qeydə alınıb.

2011-ci il təvəllüdlü Ə.R.-nin yaşadığı evdə meyiti tapılıb.

13 yaşlı yeniyetmənin yüksək dozalı narkotik istifadəsindən öldüyü ehtimal olunur.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, martın 31-də saat 07 radələrində Sumqayıt şəhəri ərazisində 2011-ci il təvəllüdlü yeniyetmənin meyitinin aşkar olunması faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Meyitin xarici müayinəsi zamanı üzərində hər hansı xəsarət izi aşkar edilməyib.

Yeniyetmənin ölüm səbəbi təyin olunmuş müvafiq ekspertizanın rəyindən sonra bilinəcək.