Aprel ayı ilin soyuq dövrünün yekunlaşdığı, isti dövrünün başladığı ay kimi xarakterizə olunur.
Milli Hidrometeorologiya Xidmətindən Heftelik.az-a verilən xəbərə görə, buna görə aprel ayı ölkə ərazisində daha dinamik, dəyişkən hava şəraiti hakim olur.
Çoxillik müşahidə məlumatlarına əsasən qeyd edə bilərik ki, aprel ayında isti və soyuq atmosfer cəbhələrinin növbəli şəkildə ərazimizə daxil olması nəticədə qısa zaman müddətində kəskin temperatur və təzyiq fərqləri yaranmış, bəzi günlərdə temperatur normanı aşdığı halda, bəzi günlərdə hava şəraiti qeyri-sabit, yağıntılı olmuşdur.
Bu ilin aprel ayında havanın orta aylıq temperaturu əsasən iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarı isə əsasən iqlim normasına yaxın, lakin bəzi ərazilərdə normadan bir qədər çox olacağı ehtimal olunur.
Ayın ilk günlərində əksər rayonlarda hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı istisna edilmir. Mülayim cənub küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 10-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 7-12 dərəcə isti, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 20-25 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
Naxçıvan MR-də havanın orta aylıq temperaturu 10-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 5-10 dərəcə isti, bəzi yerlərdə 14 dərəcə isti, gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 22-27 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının da iqlim normasına yaxın, lakın bəzi yerlərdə bir qədər çox olacağı gözlənilir.
Qarabağ və Daşkəsən-Gədəbəy bölgələrində havanın orta aylıq temperaturunun 6-10 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Gecələr havanın temperaturu 5-10 dərəcə isti, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 20-25 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının da iqlim normasına yaxın olacağı gözlənilir.
Şərqi Zəngəzur bölgəsində havanın orta aylıq temperaturunun 9-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 6-11 dərəcə isti, dağlarda bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 11-16 dərəcə isti, bəzi günlərdə hətta 19-24 dərəcə isti, dağlarda 12-17 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının da iqlim normasına yaxın olacağı gözlənilir.
Qazax-Gəncə bölgəsində havanın orta aylıq temperaturunun 11-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 7-12 dərəcə isti, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 20-25 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
Balakən-Şəki, Quba-Qusar və Dağlıq Şirvan bölgələrində havanın orta aylıq temperaturunun 8-11 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 6-11 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə isti, gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 19-24 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.
Mərkəzi Aran bölgəsində havanın orta aylıq temperaturunun 12-14 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu gecə 7-12 dərəcə isti, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 21-26 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
Lənkəran-Astara bölgəsində havanın orta aylıq temperaturunun 10-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 7-12 dərəcə isti, dağlarda bəzi günlərdə 0-4 dərəcə isti, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 20-25 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.