Azərbaycanda sosial şəbəkələrdə daha bir biabırçı hal yaşanıb.
Heftelik.az-ın xəbərinə görə, TikTok-da Ölü yuyan adı ilə istifadəçilərdən biri ölünü necə yumasına dair canlı yayım açıb.
Mürdəşir canlı yayımda ölünün necə yuyulmasına dair ünvanlanan sualları cavablandırır, nələrdən istifadə edildiyi, qiymətin necə müəyyənləşdirildiyini əsaslandırmağa çalışır.
Ancaq meyitdən bu formada bir reklam vasitəsi kimi istifadə edilməsi nə dərəcədə etikdir? Qanunvericiliyin tələbləri nə dərəcədə pozulur, hansı məsuliyyəti yaradır?
Yəqin ki, hüquq-mühafizə orqanları məsələyə aydınlıq gətirəcək…