Cinayət mühakimə icraatı zamanı peşə və kommersiya sirlərini təşkil edən məlumatların qorunması üçün bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunları ilə nəzərdə tutulmuş tədbirlər görülür.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Prosessual hərəkətlər aparılarkən peşə və ya kommersiya sirlərini əks etdirən məlumatların zərurət olmadan toplanmasına, istifadə və yayılmasına yol verilmir.