Barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs və onun yaşayış yeri müşahidə altına alınır, onun ev dustaqlığı qətimkan tədbirinin şərtlərinə riayət etməsinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzarət edilir.
Vəkil Araz Nurməmmədov bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Barəsində ev dustaqlığı qətimkan tədbiri tətbiq edilmiş şəxsin müəyyən edilmiş vəzifələrə riayət etməməsinə dair əsaslı şübhələr olduqda müvafiq icra hakimiyyəti orqanının əməkdaşı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun qərarı ilə təqsirləndirilən şəxsin yaşayış yerinə daxil olmaq və müəyyən edilmiş vəzifələrə əməl edilməsini yerində yoxlamaq hüququna malikdir.