Funksiyaları digərinə verilmədən ləğv edilən penitensiar sistemin stuktur, qurum və müəssisələrinin bütün ümumi icraatlı işləri mühafizə edilmək üçün Arxiv işləri bölməsi tərəfindən qəbul edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.
Bu zaman həmin sənədlərin müvafiq struktur qurum və müəssisələrdə müəvəqqəti olaraq saxlanılması üçün müəyyən edilmiş müddətlər nəzərə alınmır.