«Qeyri-kommersiya qurumlarının dövlət reyestr kitabı»nın dəyişməsi və ya növbəti ilin başlanması qeydiyyata alınan qurumlara verilən nömrə ardıcıllığını dəyişmir. Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.
Dövlət reyestri kitabının üstündə kitabın kodu (nömrəsi), reyestrin aparıldığı il və reyestrin başlanğıc və son sayını göstərən rəqəmlər göstərilməlidir. Qeyri-kommersiya hüquqi şəxsləri üçün dövlət reyestr kitabının kodu «Q», xarici qeyri-kommersiya hüquqi şəxslərinin nümayəndəlik və filialları üçün – «N» hərfi ilə göstərilir (misal üçün, Q1, 2012, Reyestr №1-50).