Cinayət mühakimə icraatı zamanı zərər çəkmiş şəxsin, mülki iddiaçının, onların qanuni nümayəndələrinin, şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərən müdafiəçinin, habelə hal şahidinin, tərcüməçinin, mütəxəssisin, ekspertin və şahidin hansı xərclərinin ödənilməli olduğu açıqlanıb.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Cinayət mühakimə icraatı zamanı zərər çəkmiş şəxsin, mülki iddiaçının, onların qanuni nümayəndələrinin, şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərən müdafiəçinin, habelə hal şahidinin, tərcüməçinin, mütəxəssisin, ekspertin və şahidin aşağıdakı xərcləri ödənilməlidir:

– cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə əlaqədar dəmiryolu və avtomobil nəqliyyatında (taksidən başqa) və nəqliyyatın digər növlərində, habelə cinayət prosesini həyata keçirən orqanın razılığı ilə hava nəqliyyatında yol xərcləri;

– cinayət prosesini həyata keçirən orqanın tələbi ilə daimi yaşayış yerindən kənarda yaşamaq məcburiyyətində qaldıqda gündəlik xərclər, bu xərclər idarə, müəssisə, təşkilat və ya işə götürən tərəfindən ödənilmədikdə;

– idarə, müəssisə, təşkilat və ya işə götürən tərəfindən orta aylıq əmək haqqının saxlanıldığı hallar istisna olmaqla, cinayət prosesini həyata keçirən orqanın tələbi ilə cinayət mühakimə icraatında iştirak etmənin bütün müddəti üçün orta aylıq əmək haqqı;

– cinayət prosesini həyata keçirən orqanın tələbi ilə istintaq və ya digər prosessual hərəkətdə iştirak edərkən, xarab olan və ya itirilən əmlakın bərpa olunması və ya əldə edilməsinə çəkilən xərclər.