Cinayət mühakimə icraatı zamanı prokurorun təqsirləndirilən şəxsə və ya onun hərəkətlərinə görə cavabdeh olan şəxsə qarşı hansı hallarda iddia verdiyi və onu müdafiə etdiyi açıqlanıb.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Cinayət mühakimə icraatı zamanı prokuror təqsirləndirilən şəxsə və ya onun hərəkətlərinə görə cavabdeh olan şəxsə qarşı aşağıdakı hallarda iddia verir və onu müdafiə edir:
– dövlət mənafeyinin müdafiəsi üçün dövlət idarə, müəssisə və ya təşkilatının müraciəti olduqda;
– mülki iddia vermək hüququna malik olan fiziki şəxsin fəaliyyət qabiliyyəti olmadıqda və ya o, məhdud fəaliyyət qabiliyyətli olduqda.