İşlərin siyahılarının titul vərəqində arxiv işləri bölməsinin tam adı, fondun adı, nömrəsi, siyahının nömrəsi və adı, siyahıya daxil edilmiş ilk və axırıncı sənədlərin tarixləri göstərilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.
Ümumi icraatlı işlərin siyahılarının titul vərəqində fondun adı, bu fondu təşkil edən qurumun rəsmi adı yazılır. Nəzərə alınmalıdır ki, işlər siyahıya daxil edildiyi ayrı-ayrı dövrlərə uyğun olaraq bu qurumun əvvəlki və sonrakı rəsmi adları, qəbul edilmiş qısaltmalar, dislokasiya yerləri mötərizə içində xronoloji ardıcıllıqla göstərilməlidir.