İsrail Hərbi Hava Qüvvələrinin Dəməşqdə İran konsulluğuna zərbə endirməsi nəticəsində Suriya və Livandakı Baş Qərargah rəisi, briqada generalı Hüseyn Əmirullah ölüb.
Heftelik.az-ın xəbərinə görə, bu barədə “Sabereen News” məlumat yayıb.
İsrailin Suriyaya hava hücumu zamanı İranın İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) yüksək rütbəli generalı Məhəmməd Rza Zahedi və onun müavini Hacı Rəhimi də ölənlər arasındadır.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Ümumi ictimaiyyətlə əlaqələr idarəsinin yaydığı bəyanat da qeyd edilib ki, Məhəmməd Rza Zahedi, Məhəmməd Hadi Hacı Rəhimi və digər 5 SEPAH üzvü İsrailin İran İslam Respublikasının Dəməşqdəki konsulluğuna raket hücumu nəticəsində ölüb.