Komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri qismində şübhəli və ya təqsirləndirilən şəxsin xidmət etdiyi və ya toplanışlar keçdiyi hərbi hissə və ya birləşmə komandirinin, hərbi müəssisə rəisinin üzərinə bu şəxsin ictimai qaydaya riayət etməsi, cinayət prosesini həyata keçirən orqanın çağırışına gəlməsi və digər vəzifələri icra etməsi də daxil olan davranışını təmin etmə vəzifəsinin qoyulmasından ibarətdir.
Vəkil Araz Nurməmmədov bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.