Dövlət qeydiyyatından hansı hallarda imtina edildiyi açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.

Qeyri-kommersiya qurumunun və təhsil müəssisəsinin dövlət qeydiyyatına alınmasından, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilir:

olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına zidd olduqda;

– ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda;

– qeyri-kommersiya qurumunun məqsədləri, vəzifələri və fəaliyyət formaları qanunvericiliyə zidd olduqda;

– firma adlarının qorunması haqqında qanunvericiliyin tələbləri pozulduqda və ya eyni adlı qeyri-kommersiya qurumu qeydiyyata alınmış olduqda, qeyri-hökumət təşkilatının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edildikdə;

– qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsi, habelə dövlət nəzarəti və yoxlama funksiyaları nəzərdə tutulduqda;

– təsis sənədlərində aşkar edilmiş çatışmazlıqlar qanunvericiliklə müəyyən olunmuş müddət ərzində aradan qaldırılmadıqda.