2024-ci ilin əvvəlindən Rusiyanın ən zəngin adamlarının sərvəti ümumilikdə 18 milyard 293 milyon dollar artıb.
Heftelik.az-ın “Bloomberg Billionaires Index”-ə istinadən verdiyi məlumata görə, siyahıya il ərzində əldə etdiyi 5,29 milyard dollarlıq qazancla “Eurochem” və “Sibir Kömür Enerjisi” korporasiyalarının sahibi, 52 yaşlı Andrey Melniçenko başçılıq edir.
Belə yüksək artımdan sonra onun şəxsi sərvətini 24,1 milyard dollara çatıb. “Severstalğ” şirkətinin əsas səhmdarı olan Aleksey Mordaşov isə 3,75 milyard dollarlıq artımla ikinci yerdə qərarlaşıb. Bu artım onun sərvətini 24,6 milyard dollara çatdırıb. Sərvətini ən çox artıranların siyahısında üçüncüsü yerdə “NLMK” metallurgiya korporasiyasının Direktorlar Şurasının sədri Vladimir Lisindir. 68 yaşlı milyarderin malik olduğu varidat 2?91 milyard dollar artırmağı bacarıb və nəticədə varidatı 26,9 milyard dollara yüksəlib.
“Bloomberg Billionaires Index” həmçinin kapital itkisinə məruz qalan milyarderin də adını açıqlayıb. Qeyd olunub ki, “Metalloinvest” holdinqinin sahibi Alişer Usmanov cari ildə 2,8 milyard dollarlıq itki ilə üzləşib. Lakin bu cür nəhəng kapital itkisinin səbəbləri barədə açıqlama verilməyib. Onun sərvəti hazırda 18,3 milyard dollar təşkil edir.